Bakı. Trend:
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,701 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata əsasən, avtomobil benzini və dizel yanacağı satışlarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Hesabat dövründə avtomobil yanacağının pərakəndə ticarət dövriyyəsində payı 6,1% olub.
Yanacaq satışlarında artım fonunda ölkədə avtomobil benzini istehsalı da yüksəlib. Belə ki, Dövlət Statistika Komitəsinin ən son məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 828,4 min ton avtomobil benzini istehsal edilib. Ötən ilin eyni dövründə bu göstərici 811 min tona bərabər idi. Beləliklə, ölkədə avtomobil benzini istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 min ton və ya 2,1 faiz artıb.
Təkcə avqustda isə ölkədə 373,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı istehsal edilib.
Avqustun 1-nə ölkənin sənaye müəssisələrinin anbarlarında 53,2 min ton hazır avtomobil benzini ehtiyatı olub.
Bununla yanaşı, neft məhsullarının istehsalı üzrə ümumi göstəricidə azalma qeydə alınıb. Belə ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 463,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalıb. Neft məhsullarından mazut istehsalı 31,1 faiz, avtomobil benzinin istehsalı 2,1 faiz artıb, ağ neft istehsalı 20,3 faiz, neft bitumu istehsalı isə 42,2 faiz azalıb.