Milli Məclisdə muzdlu işçilərin sayının artırılması məsələsi qaldırılıb.
Modern.az xəbər verir ki, bu barədə deputat Ziyad Səmədzadə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edib.
“Mən bununla bağlı bir neçə ölkənin nümunəsini araşdırmışam. Azərbaycanda muzdlu işçilərin sayı azdır. Ölkədə muzdlu işçilərin sayının artırılması barədə düşünmək lazımdır”,-deyə o bildirib.