Metbuat.az xəbər verir ki, Mourinyo hücum xəttinə daha çox diqqət ayırıb. “Fanatik” qəzetinin məlumatına görə, “Fənərbaxça”nın gündəmində Robert Levandovski, Joao Feliks və Sadio Mane var. İddialara görə, bu futbolçular arasında Sadio Manenin “Fənərbaxça”ya transferi daha real hesab edilir. Robert Levandovski və Joao Feliks “Barselona”da davam etmək istədiyinə görə, onların transferi asan olmayacaq.