Bakı. Trend:
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşmaya gəliblər. Bu barədə Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə yaxın vaxtlarda elan ediləcək.
Bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu razılaşma yalnız İran və Oman arasında əldə olunub, digər ölkələr isə görüşdə yalnız marşrutun detalları və gəmiçilik qaydaları ilə tanış olmaq üçün iştirak edəcəklər.
O əlavə edib ki, razılaşmaya əsasən, Hörmüz boğazından keçərək Fars körfəzinə giriş tamamilə İranın ərazi sularında yerləşir, çıxış marşrutunun bir hissəsi də İran ərazi sularını əhatə edir.