Bakı. Trend:
ABŞ hərbçiləri iyul ayında İranın dəniz blokadasını yenidən tətbiq etdikdən sonra 100 ticarət gəmisinin istiqamətini dəyişdirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
“ABŞ blokadanı yenidən tətbiq etdikdən bəri son 60 gün ərzində CENTCOM qüvvələri 100 kommersiya gəmisinin istiqamətini dəyişdirib”, – deyə bildirilib.
CENTCOM bildirib ki, ABŞ hərbçiləri blokadanın təmin edilməsinə diqqət yetirir.