Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənub-şərqində yerləşən Kirman vilayətində avtobus mikroavtobusla toqquşub.
Bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
“Yerli vaxtla 06:29-da Rəfsəncan-Sərçeşmə yolunun 25 kilometrliyində baş verən yol qəzasında 1 nəfər ölüb”, -deyə məlumatda qeyd olunur.
Hadisə nəticəsində 34 nəfər də xəsarət alıb. 4 yaralıya yerində xidmət göstərilib, qalan yaralılar isə xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.