Bakı. Trend:
Çinin Tibet Muxtar Bölgəsi ilə sərhəddə yerləşən Nepalda baş vermiş güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 386-ya çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadən məlumat yayıb.
Daha əvvəl 1 374 nəfərin öldüyü bildirilmişdi. 5,1 mindən çox insan itkin düşmüş hesab olunur.
Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. Daşqına uçqunun baş verməsi səbəb olub. Dağ süxurlarından ibarət güclü axın çay yatağı boyunca böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək geniş ərazinin su altında qalmasına səbəb olub. Çində 43 nəfər ölüb, 519 nəfər itkin düşmüş hesab olunur.