Bakı.Trend:
İsrail İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının təhlükəsizlik qüvvələrinin hazırlığı ilə məşğul olan və Ramallahda fəaliyyət göstərən Britaniya Dəstək Qrupunun hərbçilərini ölkədən çıxaracaq.
Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunub ki, söhbət İsrail hökumətinin Londonun sentyabrın 8-də İordan çayının qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərindən gedir.
Nəşr vurğulayıb ki, hərbçilərə Ramallahı tərk etmələri üçün yeddi gün vaxt verilib. Böyük Britaniya Müdafiə Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən mərkəzin fəaliyyətinin dayandırılması onun əməkdaşlarının sayını dörd dəfə artırmağa hazırlaşdığı bir vaxta təsadüf edir. “The Daily Telegraph” isə yazıb ki, bu, yaxın həftələrdə baş verməli idi.