Bakı.Trend:
Avropa İttifaqı (Aİ) Patriot zenit-raket kompleksləri üçün tutucu raketlər, pilotsuz uçuş aparatları və radioelektron mübarizə (REM) vasitələrinin alınması üçün Ukraynaya 6,1 milyard avro ayrılmasını təsdiqləyib.
DW-nin məlumatına görə, bu barədə avrokomissar Andrüs Kubilüs açıqlama verib.
Vəsait 90 milyard avro məbləğində ikiillik kredit çərçivəsində təqdim olunacaq. Paket standart satınalma şərtlərindən istisnaları, o cümlədən Ukrayna istehsalı dronların və Amerikanın PAC-3 raketlərinin alınması imkanını nəzərdə tutur.