Bakı. Trend:
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat təhsil səviyyəsi üçün “Qlobal Koreya” Təqaüd Proqramını elan edir. Proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Müraciətlərin qəbulu 15 sentyabr 2026-cı il saat 06:00-dan 30 sentyabr 2026-cı il saat 13:00-dək Azərbaycan vaxtı ilə yalnız www.studyinkorea.go.kr saytı vasitəsilə həyata keçiriləcəkdir. Təqaüd proqramı universitet üzrə təhsil haqqını, Koreya dili hazırlıq proqramını, proqram qaydalarına uyğun ekonom sinif aviabileti xərclərini və yaşayış, yerləşmə, tibbi sığorta və digər nəzərdə tutulan xərcləri əhatə edən aylıq təqaüdü təmin edir. Təqaüd proqramı, seçim meyarları və tələb olunan sənədlər barədə bağlı ətraflı məlumat aşağıdakı keçidlər vasitəsilə əldə edə bilərsiniz: https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/list.do https://www.studyinkorea.go.kr/ko/notice/scholarshipsRead.do