Bakı. Trend:
Azərbaycanda bəzi alkoqollu içkilərin idxalına tətbiq edilən gömrük rüsumları dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bəzi şərab məhsullarının idxalına tətbiq edilən gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15 faiz, lakin 1 litrinə 3 ABŞ dollarından az olmamaqla müəyyən edilir.
Şərab və digər fermentasiya olunmuş içkilərin bir sıra növlərinin idxalı üzrə gömrük rüsumu isə 31 dekabr 2030-cu il tarixinədək 15 faiz, lakin 1 litrinə 2 ABŞ dollarından az olmamaqla müəyyən edilir.
Spirtli içkilərin bir sıra növlərinin idxalı üzrə gömrük rüsumu da 31 dekabr 2030-cu il tarixinədək 15 faiz, lakin 1 litrinə 4 ABŞ dollarından az olmamaqla müəyyən edilir.
Qərara əsasən, dəyişikliklər dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.