Bakı. Trend:
Təhsil ekspertləri təhsili məişət mövzuları səviyyəsində müzakirə edirlər.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında çıxışı zamanı deyib.
O qeyd edib ki, daha çox təhsilin məzmunu müzakirə edilməlidir.
"Təhsildə məişət səviyyəsində olan müzakirələr PISA kimi ciddi tədqiqatlara təsir göstərmir. Məsələn, şagird sinifdə stolun üstünə çıxanda, bütün cəmiyyət bundan danışır. Daha ciddi məsələlər müzakirə edilməlidir”,- deyə nazir vurğulayıb.