Bakı. Trend:
Xaçmaz rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Rayon ərazisində həyata keçirilən infrastruktur layihələri çərçivəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə küçələrin asfaltlanması işləri aparılır.
Cari ildə Xaçmaz şəhərində 18, Xudat şəhərində isə 5 küçəyə asfalt örtüyü çəkilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görülən işlərin gedişi ilə yerində maraqlanaraq, tikinti və abadlıq işlərinin vaxtında və yüksək keyfiyyətlə yekunlaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Aparılan genişmiqyaslı quruculuq tədbirləri sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Vətəndaşlar rayon ərazisində həyata keçirilən işlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






