Bakı. Trend:
Türkiyə Yunanıstana Evros çayı boyunca sədd tikintisi ilə bağlı rəsmi diplomatik nota göndərərək hasarın ayrı-ayrı hissələrinin Türkiyə ərazisində inşa edildiyini bildirib.
Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.
Söhbət Evros bölgəsinin mərkəzi hissəsindən gedir. Burada 35 kilometrlik hasar hissəsinin tikintisinə 2023-cü ildə başlanılıb və işlər 2025-ci ilin əvvəlində başa çatdırılıb. Lakin ümumi uzunluğu təxminən 5 kilometr olan yeddi hissədə sərhəd xəttinin keçməsi ilə bağlı fikir ayrılıqları səbəbindən işlər dayandırılıb.
Yunanıstanın hərbi xəritələrində mübahisəli ərazilər Yunanıstana aid edildiyi halda, Türkiyə onları öz ərazisi hesab edir. Mübahisənin səbəblərindən biri iki ölkə arasında uzun məsafədə sərhəd rolunu oynayan Evros çayının məcrasının dəyişməsi olub.