Bakı.Trend:
Nepalda torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 1 344 nəfərə çatıb.
Xarici KİV-in məlumatına görə, 4 898 nəfər itkin düşmüş hesab olunur. Onlar arasında əcnəbilərin ümumi sayı 698 nəfərdir.
Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqına səbəb Çinlə sərhəddə, “Rasuvaqadhi” sərhəd-keçid məntəqəsindən təxminən, 20 kilometr şimal-şərqdə qar uçqununun baş verməsi olub.
Su, palçıq və dağ süxurlarından ibarət güclü sel çay yatağı boyunca saatda böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.