Bakı. Trend:
Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə sentyabrın 5-i saat 00:00-dan sentyabrın 8-i saat 23:59-dək döyüş toqquşması xəttində sükut rejiminə əməl olunması barədə əmr verilib.
Bu barədə "Ukrainskaya pravda" qəzeti müxtəlif istiqamətlərdəki bir neçə briqadadakı mənbələrinə, eləcə də güc strukturundakı yüksək rütbəli həmsöhbətinə istinadən məlumat yayıb.
Nəşrin məlumatında deyilir: "Mənbələrin verdiyi məlumata görə, sentyabrın 5-i saat 00:00-dan sentyabrın 8-i saat 23:59-dək Müdafiə Qüvvələrinin bölmələri sükut rejiminə əməl etmək əmri alıblar".
Lakin hələlik Ukrayna hakimiyyəti və ya hökumət rəsmiləri tərəfindən rəsmi məlumat verilməyib.