Bakı. Trend:
Yəmən hakimiyyəti İranın və Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının dəstələrinin Qırmızı dənizi Ərəbistan dənizinin Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməsinə heç vaxt icazə verməyəcək.
Bu barədə Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi bəyan edib.
"Husilərin birləşmələri Bab əl-Məndəb boğazına yaxınlaşmaq haqqında düşünsələr, ciddi itkilərlə üzləşəcəklər", - deyə əl-Əlimi bildirib.
O vurğulayıb ki, ölkəsi "heç bir halda İranın və Tehranla əlaqəli husilərin Bab əl-Məndəbə nəzarət etməsinə yol verməyəcək".