Bakı. Trend:
ABŞ-nin "OpenAI" şirkəti yeni "GPT-6 Astra" süni intellekt modelini təqdim edib.
Bu barədə "OpenAI"ın saytında məlumat verilib.
Şirkət onu dünyanın ən ağıllı modeli adlandırır və proqram təminatının hazırlanması, kibertəhlükəsizlik və elm də daxil olmaqla bir sıra sahələrdə qabaqcıl imkanlarını qeyd edir.
“Bu model həmçinin kompüter və brauzerlərdən istifadə sahəsində yeni standart müəyyən edir, ən mürəkkəb peşəkar işləri misilsiz sürət, dəqiqlik və mühakimə qabiliyyəti ilə yerinə yetirir”, – deyə bildirilib.
"Astra", digər imkanlarla yanaşı, onlayn formaları doldura, CRM sistemində müştəri məlumatlarını yeniləyə, təqvimi idarə edə, onlayn araşdırmalar apara, elektron məktubları xülasə edə, elmi məlumatları təhlil edə, oyunlar, veb-saytlar, sənədlər və təqdimatlar yarada bilir.