Bakı. Trend:
Sentyabrın 4-də Bakıda Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, mərasim Tacikistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın dövlət qurumlarının, diplomatik korpusun, siyasi, işgüzar, elmi və mədəni dairələrin nümayəndələri, parlament deputatları və KİV təmsilçiləri iştirak edirlər.
Xəbər yenilənir...

