Bakı. Trend:
Avqustun 26-da Nepalda baş verən dağıdıcı daşqın nəticəsində ölənlərin sayı artıq 1 259 nəfərə, son 24 saat ərzində kəskin artan itkinlərin sayı isə 5 083 nəfərə çatıb.
Bu barədə sentyabrın 3-də fövqəladə hallar üzrə məsul qurum məlumat yayıb.
Çinin dövlət mediası isə öz növbəsində Tibet ərazisində 21 nəfərin öldüyünü, 541 nəfərin itkin düşdüyünü bildirib. Bununla da təbii fəlakət nəticəsində ümumi ölənlərin sayı 1 280 nəfərə, itkin düşənlərin sayı isə 5 624 nəfərə çatıb. İtkinlər arasında yüzlərlə xarici vətəndaşın olduğu bildirilir.