Bakı.Trend:
ABŞ-İran münaqişəsi fonunda Hörmüz boğazının bağlı qalması inkişaf etməkdə olan dövlətlərin borcla bağlı problemlərini daha da artırır.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georqiyeva “Reuters” agentliyinə bildirib.
Georgiyevanın sözlərinə görə, hələ də bağlı olan boğazın yaratdığı inflyasiya təzyiqi ümumi borc səviyyəsini artırır.
“Odur ki, inkişaf etmiş iqtisadiyyatlarda yüksək borc səviyyəsi davamlı inflyasiya ilə birləşdikdə, aşağı gəlirli ölkələr, inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar da daxil olmaqla, hər kəs üçün borcların komissiya xərclərinin artmasına səbəb ola bilər”.