Bakı. Trend:
Dünyada milyonlarla uşaq məktəbə gedə bilmir və təhsilini əsasən evdə davam etdirir.
Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Ketrin Rassel çıxışı zamanı deyib.
O bildirib ki, hazırda dünyada 273 milyon uşaq və gənc hər hansı təhsil müəssisəsinə getmir.
“Biz qlobal miqyasda təhsil sahəsində yaranmış bu böhranın həlli üçün dərhal tədbirlər görməliyik”, – deyə Rassel vurğulayıb.