Bişkek.Trend:
Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, həmin tarixi sənəd Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı.