Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasının xarici enerji təminatının kəsilməsi riskinin qarşısını almaq məqsədilə ərazi ətrafında yeni lokal atəşkəs zonasının yaradılmasına çalışır.
Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossinin açıqlamasına istinadən təşkilatın mətbuat xidməti məlumat yayıb.
Qrossi bildirib ki, yaradılması planlaşdırılan yeni zona stansiyanın xarici enerji təchizatı ilə bağlı zəruri texniki işlərin təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan verməlidir.
Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, bu, 2025-ci ilin sonundan etibarən AEBA-nın vasitəçiliyi ilə yaradılan yeddinci lokal atəşkəs zonası olacaq.