Ermənistanın Geqarkunik rayonunun Vardenis icmasının sakinləri Armen Manukyan və Anna Şaboyanın ailəsində 9-cu uşaq dünyaya gəlib. Modern.az xəbər verir ki, yeni doğulan körpə oğlan uşağıdır. Armen Manukyan və Anna Şaboyan ailəsinin daha 2 oğlu və 6 qızı da var. Ailədə 9 uşağın olması Ermənistanda nadir hadisə sayılır. Bu ölkədə belə çoxuşalı ailələrin sayı barmaqla sayılacaq qədər azdır.