Bakı.Trend:
ABŞ və İsrailin hücumlarından sonra İranın nüvə obyektlərini yenidən qurmaqda olduğuna dair “tutarlı sübut” yoxdur.
Bunu Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Rafael Qrossi Argentinanın “Clarin” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibə səbəbindən Tehranın nüvə proqramı ilə bağlı danışıqlar hələ də dalana dirənib. O əlavə edib ki, İranda olan təxminən 440 kq çəkidə yüksək zənginləşdirilmiş uran ötənilki 12 günlük müharibə zamanı olduğu yerdə qalmaqdadır.
“Obyektlərə ciddi ziyan dəyib. Ola bilsin ki, onlar bəzi infrastrukturlarını yenidən qurmağa başlayıblar, bunu inkar etmək olmaz. Lakin bunun belə olduğunu göstərən tutarlı sübut yoxdur. Buna görə də məsələ hələ də ciddi və həll olunmamış problem olaraq qalmaqdadır”, – Qrossi bildirib.