Bakı. Trend:
Çinin Şizanq bölgəsində sərhəd-keçid məntəqəsində baş verən torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 558 nəfər itkin düşüb, 2 nəfər xilas edilib.
Yerli rəsmi şəxs keçirdiyi mətbuat konfransında bildirib ki, saat 08:00-a olan məlumata görə, Çinin cənub-qərbindəki Şizanq Muxtar Rayonunda Çin-Nepal sərhədində yerləşən sərhəd-keçid məntəqəsinə torpaq sürüşməsinin düşməsi nəticəsində 3 nəfər ölüb, 558 nəfərin taleyi məlum deyil, 2 yerli sakin isə xilas edilib.
Nepal tərəfdə baş verən torpaq sürüşməsi çərşənbə günü səhər Şizanqın Gironq dairəsində yerləşən Gironq sərhəd-keçid məntəqəsinə çatıb.