I Liqada çıxış etmək üçün pley-off oyunlarının vaxtı müəyyənləşib. Modern.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqası "Araz Saatlı" - "Cəbrayıl" klubları arasında keçirləcək pley-off oyunları ahqda məlumat yayıb. İlk görüşə “Cəbrayıl” klubu ev sahibliyi edəcək.
Belə ki, birinci oyun iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək. Cavab oyunu isə iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlərlə bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.