Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi olacaq. Modern.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "Corriere dello Sport" nəşri məlumat yayıb. Joze Mourinyonun "Fənərbağça" ilə 2 illik müqavilə bağlayacağı bildirilib. Məlumata görə, İstanbul klubu portuqaliyalı mütəxəssislə anlaşdıqlarını bu gün rəsmən açıqlayacaq.
Qeyd edək ki, 61 yaşlı portuqaliyalı məşqçi bu ilin yanvarında İtaliyanın "Roma" klubundan istefaya göndərilib.