"Sizlərə bir müjdəmiz var. Şeromuz çox xəstə idi, amma evə buraxıldı".
Modern.az xəbər verir ki, bunu Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel X-də yazıb.
"Veterinarı Tarkan Özçetin Şeromuzu gətirdi. Heyvan haqları mövzusunda partiyamızın xətti və mövqeyi Şeronun həssasiyyətləri ilə eynidir", - deyə Özel paylaşımında bildirib.
Qeyd edək ki, Şero adlı pişik uzun illərdir, CHP-nin qərargahında yaşayır. Bir müddət əvvəl məşhur pişiyin sağlamlığında problemlər yarandığı üçün o, veterinar klinikaya yerləşdirilmişdi.
Bu xəbər ilə bağlı ARAŞDIRMA: Pişik və it sevən insanların psixoloji FƏRQLƏRİ Xəbəri oxu