Bakı. Trend:
Dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası nəzərdə tutulur.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bununla bağlı məsələlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Digər icraçı qurum isə DTA, AZCON, AZAL olaraq müəyyənləşdirilib.
İnteqrasiya prosesi 2026-2030-cu illəri əhatə edəcək. İlkin olaraq Azərbaycan Dəmir Yolları (ADY) ilə (Qlobal Paylama Sistemi) GDS sisteminə qoşulmuş beynəlxalq şirkətlər arasında danışıqlara başlanılması planlaşdırılır.