Bakı. Trend:
"Güzəştli mənzil" sisteminin təhlükəsizliyi tam şəkildə qorunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov "Güzəştli mənzil" sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklərə dair bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu səbəbdən də hər hansı bir kənar müdaxilənin baş verməsi mümkün deyil. Agentlik rəsmisi eyni zamanda Yasamal layihəsinin davamı və gələcək satışlar barədə Trend-in müxbirinin sualını cavablandırarkən qeyd edib ki, agentliyə məxsus həm Yasamal yaşayış kompleksinin birinci, həm də ikinci mərhələsində satışlar başa çatıb: "Hazırda digər - həm Bakı şəhərində, həm də regionlarda layihələrimiz davam edir. Bu layihələrdən satışa çıxarılacaq mənzillərlə bağlı müvafiq qaydaya uyğun olaraq elan yerləşdiriləcək və ictimaiyyətə bu barədə məlumat veriləcək".