Bakı. Trend:
Azərbaycanda avqustun 20-dən 21-dək yağış yağacaq, bəzi dağ çaylarından sel keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.
"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur".