Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərinin şimalında meşə yanğını baş verib.
Bu barədə yerli mətbuatda məlumat verilib.
Məlumata əsasən, hakimiyyət orqanları bəzi ərazilərin sakinləri üçün təxliyə əmri verib.
Yerli yanğınsöndürmə rəsmiləri bildiriblər ki, "Sorrento” yanğını 53 hektar əraziyə yayılıb və onun 15 faizi lokallaşdırılıb.
Yanğınla mübarizədə 160 yanğınsöndürən və 54 texnikanın iştirak etdiyi bildirilir.