Bakı. Trend:
ABŞ Quru Qoşunlarının “Fort Hood” bazasında yerləşən AH-64E “Apache” hücum helikopteri Texasın mərkəzindəki Salado şəhərində qəzaya uğrayıb.
Qəza nəticəsində iki hərbçi həlak olub.
Bu barədə helikopterin tabe olduğu hərbi baza məlumat yayıb.
Baza açıqlamasında bildirib ki, hücum helikopteri yerli vaxtla saat 13:35 radələrində qəzaya uğrayıb. Qəza zamanı helikopterin hansı tapşırığı yerinə yetirdiyi barədə məlumat verilməyib. Qəza nəticəsində başlayan meşə yanğını bir neçə evin təxliyəsinə səbəb olub.
“Fort Hood” ABŞ Quru Qoşunlarının əsas hərbi bazalarından biridir.