Bakı. Trend:
Milli Süni İntellekt Mərkəzinin (MSİM) baş direktoru Tuncay Bağırov Böyük Britaniyanın süni intellekt siyasəti və rəqəmsal dövlət idarəçiliyi üzrə ixtisaslaşmış “Oxford Insights” şirkətinin nümayəndələrinə “AI Spotlight Series” layihəsi çərçivəsində müsahibə verib.
Müsahibə zamanı Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas prioritetləri, strategiyanın icrası istiqamətində həyata keçirilən təşəbbüslər və ölkənin süni intellekt sahəsində inkişaf perspektivləri diqqətə çatdırılıb.
Tuncay Bağırov milli süni intellekt ekosisteminin inkişafı, texnoloji və institusional potensialın gücləndirilməsi, eləcə də süni intellektin dövlət idarəçiliyində tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Müsahibədə Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq imkanları və gələcək strateji hədəflərinə də toxunulub.


