Bakı. Trend:
Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 13-də Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatında fasilə saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.