Bakı. Trend:
Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Salahlı kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
Qəza zamanı “Mercedes” və “Naz Lifan” markalı iki avtomobil toqquşub. Toqquşma nəticəsində iki nəfər həyatını itirib, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.