Bakı.Trend:
Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri üzrə yanvar-iyul aylarında artım qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" adlı hesabatında bildirilib.
Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 9 milyard 206,6 milyon manat dəyərində nəqliyyat və anbar təsərrüfatı xidmətləri göstərilib.Ətraflı
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1% artıb.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76,818 milyard manatlıq ÜDM istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalaraq 22,917 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,2% artaraq 53,901 milyard manat təşkil edib.