Bakı. Trend:
Bakının Səbail rayonunda yerləşən Şıxov çimərliyində iki qadının dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Məlumata görə, hadisə avqustun 10-da baş verib.
Dənizdə batan 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı və 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.