Bakı.Trend:
Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə avro ilə aparılan əməliyyatların iyulun 1-nə olan göstəriciləri açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə əsasən, cari il iyulun 1-nə BKM vasitəsilə ümumi məbləği 2,1 milyon avro olan 18 min ödəniş əməliyyatı həyata keçirilib.
Trend-in AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 1,4 min və ya 8,4 faiz artıb, məbləğ isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib.
Bankın məlumatına görə, ötən ilin iyun ayında Azərbaycanda BKM vasitəsilə ümumi məbləği 2,1 milyon manat olan 16,6 min ödəniş əməliyyatı həyata keçirilib.
Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur.
Qeyd edək ki, bankın məlumatına görə, iyunun sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyona çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Bundan əlavə, qeyd olunur ki, debet kartlarının sayı 12 faiz artdığı halda, kredit kartlarının sayı 3,5 faiz azalıb.
AMB-nin məlumatında deyilir:
“İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.
2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb.
Ödənişlərin qalan hissəsi POS-terminallar vasitəsilə – 1,325 milyard manat, həmçinin özünəxidmət terminalları və bankomatlar vasitəsilə – 2,5 milyon manat təşkil edib.
İlin əvvəlindən ödəniş kartları ilə ölkə daxilində həyata keçirilən nağdsız əməliyyatların həcmi Azərbaycanda kartlarla həyata keçirilən ümumi əməliyyatların 69,8 faizini təşkil edib”.