Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.
Modern.az-ın məlumatına görə, hər üç qarşılaşma eyni saatda başlayacaq.
Matçlar avrokuboklara vəsiqə baxımından əhəmiyyətli olacaq. Bundan əlavə, çempionatda gümüş və bürünc mükafatçı da müəyyənləşəcək.
"Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı, "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.
Hazırda "Neftçi" 56 xalla ikinci pillədə qərarlaşıb. 55 xala malik olan "Zirə" və "Sabah" 3-4-cü sıraları bölüşdürürlər. "Sumqayıt" isə 54 xalla beşincidir. "Səbail" 42 xalla yeddinci, "Qəbələ" 26 xalla sonuncu-onuncu yerdədir.
25 may (şənbə)
19:00. “Zirə” – “Səbail” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Anar Şixəliyev Zirə İdman Kompleksinin stadionu
19:00. “Neftçi” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Azər Əsgərov “Neftçi Arena”
19:00. “Sumqayıt” – “Qəbələ” Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Seymur Səlimli M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan”– “Qarabağ” oyunları ilə yekun vurulacaq.