Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığması Koimbra Avropa Kubokunda iştirak edəcək.
Modern.az xəbər verir ki, turnir Portuqaliyanın Koimbra şəhərində mayın 25-26-da keçiriləcək.
Avropa Kubokunda 23 ölkədən 547 idmançı qüvvəsini sınyacaq. Azərbaycan millisi yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qızlar 48 kq Diana Eldarova Nuranə Hacızadə
52 kq Aysun Məmmədova Səmayə Yusifli
57 kq Aytən Verdiyeva
Oğlanlar 60 kq Fərid Qarayev Özqan Quliyev Nihad Rəhimov
66 kq Ümüd Qurbanov Ramil Mahmudov Kənan Sadıqov Səlim Sultanov
90 kq Hüseyn Eyvazlı