Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,389 milyard manat dəyərində mal satılıb.
2025-ci ilin ilk 6 ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb.