Bakı.Trend:
Rusiyanın Nijnekamsk (Tatarıstan) şəhərində sənaye və mülki obyektlərə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində azı 12 nəfər həlak olub, daha 39 nəfər yaralanıb.
Bu barədə Tatarıstan administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Mövcud məlumata görə, düşmənin Nijnekamsk şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 12 nəfər həlak olub, 39 nəfər yaralanıb. Müraciət edən bütün şəxslərə tibbi yardım göstərilir”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl bazar ertəsi səhər saatlarında pilotsuz uçuş aparatları Nijnekamsk şəhərində istehsalat və mülki obyektlərə hücumu barədə məlumatlar yayılmışdı.
Nijnekamsk şəhərinə Naberejnıye Çelnı və Kazandan əlavə tibbi briqadalar göndərilib.
Tatarıstan rəhbəri Rüstəm Minnixanov kütləvi hücum nəticəsində həlak olanlarla əlaqədar matəm elan edib.