Bakı. Trend:
Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı məlumat yayıb.
Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən (Paramuşir adası) 76 kilometr cənub-şərqdə yerləşib. Ocaq dəniz dibinin 41 kilometr dərinliyində olub.
Məlumata əsasən, Severo-Kurilsk sakinləri 3 bala qədər gücündə yeraltı təkanları hiss edə bilərdilər.