Bakı. Trend:
Böyük Britaniyada 30°C və daha yüksək temperaturla rekord sayda gün qeydə alınıb.
Bu barədə "Sky News" telekanalı məlumat yayıb.
2026-cı ildə Birləşmiş Krallıqda artıq 35 belə gün qeydə alınıb. Halbuki yayın başa çatmasına hələ üç həftə qalır. Əvvəlki rekord 1995-ci ildə qeydə alınıb.
Gələn həftə ölkədə temperaturun 35°C-yə yaxınlaşacağı beşinci istilik dalğasının müşahidə olunacağı gözlənilir.