Bakı.Trend:
Rusiyada “Utair” hava yolları şirkətinin Tümendən Ufaya uçan təyyarəsi texniki səbəbdən qalxdığı hava limanına məcburi eniş edib.
Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
6 avqust 2026-cı il tarixində Utair aviaşirkətinin Tümen–Ufa marşrutu üzrə UTA1427 reysini yerinə yetirən təyyarənin ekipajı uçuş hava limanına geri qayıtmaq barədə qərar qəbul edib. Qərar texniki səbəblərlə əlaqədar verilib. Təyyarə yerli vaxtla saat 15:40-da normal rejimdə eniş edib", – deyə məlumatda bildirilib.
Ural Nəqliyyat Prokurorluğu insidentlə bağlı araşdırmaya başlayıb. Məcburi enişin səbəbinə dair detallar açıqlanmayıb.
Qurum uçuşların təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasının yoxlanılması məqsədilə nəzarət tədbirlərinə başlayıb.