Bakı.Trend:
Yəməndə olan Husi qiyamçıları – “Ənsar Allah” hərəkatı Qırmızı Dənizin şimalında Səudiyyə Ərəbistanına məxsus neft tankerinə edilmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Al-Jazeera” telekanalının məlumatına görə, bu barədə hərəkatın rəsmi nümayəndəsi (adı açıqlanmayıb –red) bildirib.
Hərəkatın sözçüsü, “Vəfa” adlı neft tankerinin Yanbu sahilləri yaxınlığında ballistik raketlərlə hədəfə alındığını bəyan edib.
“Son hücumla, bizim qüvvələrin iyulun 22-də dəniz blokadasının tətbiqinə başlanıldıqdan bəri hədəfə aldığı Səudiyyə neft tankerlərinin sayı səkkizə çatıb”,-deyə o bildirib.