Bakı.Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Sərbin kəndində onlarla metr uzunluğunda olan yeraltı tuneli məhv etdiyini bildirib.
Ordunun iddiasına görə, həmin tuneldən "Hizbullah" tərəfindən hərbçilərə qarşı hücumların hazırlanması və həyata keçirilməsi məqsədilə istifadə olunub.
Həmçinin bildirilib ki, son günlər Livanın cənubunda əməliyyat aparan hərbçilər "Hizbullah"a məxsus buraxılış qurğuları və raketlərin saxlanıldığı silah anbarı aşkar ediblər.
Bundan əlavə, İsrail hərbçilərinin müxtəlif növ onlarla silah, o cümlədən "Kalaşnikov" avtomatları, tank əleyhinə raketlər və digər döyüş sursatı və avadanlıqları aşkar etdiyi qeyd olunub.